Osman əl-Tüveycri yenidәn İSESCO-nun baş direktoru seçildi
Әbdülәziz Osman əl-Tüveycri yenidәn İSESCO-nun baş direktoru seçilib.
APA TV-nin mәlumatına görә, bunu Azәrbaycanın mәdәniyyәt vә turizm naziri Әbülfәs Qarayev Baş Konfransın Bakıda keçirilәn 12-ci iclasında bәyan edib. O, bütün üzv ölkәlәrin bu tәyinatı dәstәklәdiyini bildirib.
ISESCO-ya üzv ölkələrdən konfransda iştirak edən rəsmi şəxslərə ISESCO-ya verdikləri töhfələrə görə mükafat təqdim olunub. Mükafatlandırılanlar arasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də var.