"Qarabağ" uduzdu: İngilislər "play off"da
Ötən gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti turun oyunları keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” qrupda 5-ci matçına çıxıb.
Öz meydanında "Tottenhem"lə qarşılaşan ağdamlılar qarşılaşmadan minimal hesablı məğlubiyyətlə ayrılıb. İlk hissədə bir neçə şansı qola çevirə bilməyən hər iki komanda fasiləyə qolsuz bərabərliklə yollanıb. İkinci hissədə də bir neçə şans yaxalayan Qurban Qurbanovun yetirmələri fürsətlərdən istifadə edə bilməyib və 78-ci dəqiqədə qonaqların fərqlənməsinin qarşısını ala bilməyiblər. Künc zərbəsindən sonra Harri Keyn topu qapımızdan keçirib.
Matçın gedişində başqa qol olmayıb və təmsilçimiz oyunu məğlubiyyətlə başa vuraraq, qrupda sonuncu pilləyə düşüb.
Qeyd edək ki, londonlular bu qələbə ilə sona bir tur qalmış qrupdan çıxmağı dəqiqləşdiriblər.