Lavrov: "Türkiyə prezidentindən Putinə zəng olmayıb"

                                                            

Rusiya XİN rəhbəri Sergey Lavrov prezident Vladimir Putinə türkiyəli həmkarı Ərdoğandan telefon zəngi gəlmədiyini bildirib.

 

APA TV-nin Moskva müxbirinin xəbərinə görə, bunu Sergey Lavrov Türkiyə rəhbərinin rusiyalı həmkarına zəng etmək cəhdi barədə açıqlamasına şərh verərkən deyib.

 

Qeyd edək ki, Ərdoğan Fransanın “France 24” telekanalına müsahibəsində "Su-24" təyyarəsi vurulandan sonra Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi yaratmağa cəhd etdiyini, lakin onun cavab vermədiyini bildirib.

Müəllif | Apa.Tv
Apa.tv