Yunanlar bu dəfə də "Qəbələ" səddini aşa bilmədi: 0:0

Ötən gün UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib.

APA TV-nin  məlumatına görə, təmsilçimiz “Qəbələ” növbəti matçına çıxıb.


Bürünc mükafatçımız Yunanıstanda PAOK-a qonaq olub. Qrupun digər oyununda "Krasnodar"ın "Borussiya"nı məğlub etməsindən sonra növbəti mərhələ şanslarını itirmiş iki komanda arasındakı oyun daha çox formal xarakter daşıyıb.

 

Tərəflərin o qədər də istəkli olmadığı oyun qolsuz bərabərliklə başa çatıb.

 

Müəllif | Apa.Tv
Apa.tv