Abşeronda oğurluq: ev sahibləri 1 ildə ikinci dəfə soyuldular
Abşeron rayonunda oğurluq hadisəsi baş verib. APA TV-nin məlumatına görə, ev sahibinin evdə olmamasından istifadə edən oğrular evdən 6 min manat dəyərində qızıl və nağd pul aparıblar.
Naməlum şəxs və ya şəxslər Xəlil Rza küçəsi-94 ünvanında yaşayan Bəhman Novruzovun ailəsi yas mərasimində olan vaxt evdən oğurluq ediblər.
Qeyd edək ki, oğrular evin həyətinə hasardan aşaraq daxil olublar. Evə isə pəncərədən girib, evin digər otaqlarında pul və qızıl axtarmağa başlayıblar. Zərərçəkənlərin sözlərinə görə, bu onların evində baş verən ilk oğurluq deyil. Bir il əvvəl də onların evləri qarət edilib.
Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışları davam edir.