İsmayıllıda ailəvi istirahət mərkəzi yandı

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı-Qəbələ avtomobil yolunun kənarındakı “Orman” ailəvi istirahət mərkəzində qeydə alınıb.


1977-ci il təvəllüdlü İsmayıllı sakini Rəhmanov Elman Akif oğluna məxsus istirahət mərkəzinin saunasında baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ümumi sahəsi 20 kv. metr olan taxtadan hazırlanmış sauna yanaraq yararsız hala düşüb. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Yanğının saunadakı odun sobasının tüstü borusunun düzgün quraşdırılmaması səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.   

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov