Noyabrda avronun ən aşağı göstəricisi - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi sabit qalıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0511 manat olaraq müəyyənləşdirib.

 

Avronun kursunda isə ucuzlaşmaqda davam edir. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,1152 manatdır. Bu noyabr ayının ən aşağı göstəricisidir.

 

Rusiya rublu da ucuzlaşıb. Hazırda 1000 rublun rəsmi kursu 16 manatdır.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir. Növbəti məzənnələr bazar ertəsi, noyabrın 30-da açıqlanacaq.

Müəllif | Apa.Tv
Apa.tv