Ərdoğan Putinə: "Gəl görüşək"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə noyabrın 30-da Parisdə görüşməyi təklif etdiyini, lakin Rusiya tərəfinin hələlik cavab vermədiyini bildirib.

 

APA TV-nin türk verdiyi xəbərə görə, Ərdoğan bu barədə Fransanın “France 24” telekanalına müsahibəsində bildirib.

 

“Mən Vladimir Putinlə noyabrın 30-da Parisdə görüşün keçirilməsinə dair sorğu verdim, lakin hələ cavab almamışam”, - deyə Ərdoğan bildirib.

 

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Parisdə keçiriləcək iqlim sammitində Putin və Ərdoğan arasında ayrıca görüşün nəzərdə tutulmadığını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv