Vergilər naziri Biləsuvarda vətəndaşları qəbul etdi
Vergilər naziri Fazil Məmmədov noyabrın 27-də Biləsuvarda vətəndaşları qəbul edib.
APA TV-nin cənub bürosunun məlumatına görə, qəbulda bu rayonla yanaşı, Cəlilabad, Masallı və Yardımlı rayonlarının sakinləri də iştirak edib.
Görüş zamanı vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrinin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı müraciətlərə baxılıb.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həllini tapıb, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı Vergilər Nazirliyinin müvafiq qurumlarına tapşırıqlar verilib.