Elçin Quliyev Gürcüstanın daxili işlər naziri ilə görüşdü
Azərbaycanda işgüzar səfərdə olan Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili ilə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev arasında görüş keçirilib.
DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunub, Azərbaycan Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında faydalı əməkdaşlığın hazırkı vəziyyəti haqqında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin uğurla davam etdirilməsini qeyd edib, razılaşdırılmamış ərazilər üzrə tezliklə razılıq əldə ediləcəyinə ümidvar olduqlarını bildiriblər.
Görüş zamanı Ermənistan tərəfindən Azərbaycanın 20% ərazisinin işğal edilməsinin ölkəmizin milli təhlükəsizliyi üçün əsas təhdid olaraq qaldığı və həmin ərazilərin transsərhəd cinayətkarlıq tərəfindən istifadə olunduğu xüsusi vurğulanıb.