Göygöldə sürücü sükan arxasında öldü
Göygöl rayonunda bədbəxt hadisə baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
“Mercedes” markalı avtomobil hərəkətdə olarkən sürücü sükan arxasında ürək tutmasından dünyasını dəyişib və avtomobil yolun kənarında dayanan “VAZ-2107” markalı maşına çırpılıb.
Ölən sürücü - Göygöl rayon sakini, 56 yaşlı Tahir Vəliyevin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göygöl rayon şöbəsinə aparılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.