Nigeriyada qanlı cümə: 21 şiə müsəlman öldürüldü
Nigeriyada terrorçu kamikadze özünü partladıb. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, şiə müsəlmanların dini mərasimlərini qeyd etdikləri zaman keçirdikləri yürüşdə terrorçu-kamikadze özünü partladıb. Nəticədə ən azı 21 insan ölüb. Ölkənin şimalındakı Kano şəhəri yaxınlığındakı kənddə törədilən terror aktı Nigeriya İslam Hərəkatı üzvlərinin hər il təşkil etdiyi ənənəvi yürüşü hədəf alıb.
Cümə günü, yerli vaxtla saat 14:00-də baş tutan hücum insanların çoxluq təşkil etdiyi yerdə edildiyi üçün ölü sayının artacağı istisna edilmir. Ərazidə onlarla yaralının olduğu qeyd olunur.