ABŞ-da küçə qətliamı: ölənlər və yaralananlar var
ABŞ-da silahlı insident baş verib.
APA TV-nin Vesti.ru-ya istinadən məlumatına görə, Kolorado-Sprinqs şəhərindəki klinikalardan birində naməlum şəxsin ətrafa atəş açması nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
Ölənlərdən biri polis, ikisi mülki şəxsdir. Hadisə nəticəsində 4 polis əməkdaşı olmaqla, ümumilikdə 9 nəfər yaralanıb. Polis hadisəni törədən şəxsi həbs etməyə müvəffəq olub.