Krımda Ərdoğanın kuklasını yandırdılar
Krımda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kuklasını yandırıblar. APA TV-nin xəbərinə görə, hadisə Krımın paytaxtı Simferopolda baş verib.
Nazirlər Kabinetinin binasının qarşısında toplaşan bir qrup şəxs samandan kukla düzəldərək baş hissəsinə Ərdoğanın fotosunu qoyublar. Daha sonra kuklanı yandıran insanlar Türkiyə əleyhinə şüarlar səsləndiriblər.
Qeyd edək ki, bir neçə gün öncə Rusiyaya məxsus bombardmançı təyyarə Türkiyə qırıcı təyyarəsi tərəfindən vurulub. İki ölkə arasında münasibətlər bundan sonra pozulub. Türkiyə tərəfi hadisənin baş verməsinə səbəb kimi Rusiya təyyarəsinin hava sərhədini pozmasını göstərir.