İncəsənət xadimlərinə mükafatıar təqdim olundu

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəxri mükafata layiq görülən sənətçilərə vəsiqələrin təqdim olunması mərasimi keçirilib. APA TV-nin xəbərinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan teatrı beynəlxalq aləmdə öz potensialını layiqincə nümayiş etdirir. Nazir hazırda təmir olunan və yenidən qurulmasını gözləyən teatrlarda işlərin davam etdiriləcəyini deyib.

 

Tədbirin sonunda prezident İlham Əliyevin sərəncamı əsasında təltif olunan sənətçilərə ordenlər, fəxri adlar, mükafatlar təqdim olunub.

 

 Azərbaycan Kinematoqrafçılar Birliyinin sədri Şəfiqə Məmmədova, xalq artistləri Amaliya Pənahova, İlhamə Quliyeva, Afaq Bəşirqızı, Bəxtiyar Xanızadə və başqaları sənətlərinə verilən qiymətə görə minnətdarlıqlarını bildiriblər.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova