Nardaranda tutulanlar barədə həbs qərarı verildi: 15 maddə ilə ittiham olunurlar

Nardaranda baş verən insidentlə əlaqədar tutulan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.

 

APA-nın məlumatına görə, məhkəmə saxlanılan 14 nəfər barəsində 4 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.

 

Saxlanılanlara qarşı Cinayət Məcəlləsinin 15 maddəsi ilə ittiham irəli sürülüb.

 

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyat zamanı iki polis əməkdaşı həlak olub. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv