Rusiya gömrüklərindən türklər belə geri göndərilir: "Ərdoğana salam deyin!"
Rusiyaya təyyarəsinin Türkiyə sərhədini pozduğu üçün vurulmasından sonra iki ölkə arasında yaranan gərginlik özünü bütün sahələrdə göstərməkdədir.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Rusiya polisi hava limanlarından ölkəyə daxil olmaq istəyən türk vətəndaşlarına "Ərdoğana salam deyin!" deyilərək geri göndərirlər.
Hava limanında bir sıra çətinliklərlə üzləşən türklər yoxlama proseduru zamanı polis tərəfindən özləri və şəxsi əşyaları ilə kobud davranıldığını deyirlər. Saatlarla hava limanında saxlanıldıqlarını deyən turistlər bu əsnada digər sərnişinlərdən təcrid olunmuş vəziyyətdə, xüsusi nəzarət altında olduqlarından şikayətlənirlər.