Tehranın imam-cüməsi Rusiya üçün dua etdi: "İnşallah, Suriyada uğur qazanar"

Tehranın imam-cüməsi Rusiyanın Suriyadakı hücumları üçün dua edib.

 

APA TV-nin Anadolu Agentliyinə istinadən xəbərinə görə, müvəqqəti imam Ayətullah Muhammed Əli Muvahhid Kirmani Rusiyanın Suriyada həyata keçirdiyi hücumlarda uğurlar qazanması üçün dua oxuyub.

 

Tehran Universitetində qılınan cümə namazı xütbəsində Kirmani Rusiyanın həyata keçirdiyi hava hücumları ilə bağlı "Allah-təala inşallah Rusiyanı İŞİD-i yox etməkdə daha başarılı edər" deyə duasında bildirib.

 

Ayətullah bu hücumlardan sonra "Suriyanın vəziyyəti yaxşılaşır. Bir milyondan artıq suriyalı qaçqın Rusiyanın hava əməliyyatlarından sonra torpaqlarına geri dönüb" - deyə, qeyd edib.

 

Daha sonra imam Rusiya ilə Türkiyə arasında yaşanan problemin həll olunacağına ümid etdiyini vurğulayıb.

 

Kirmani ötən həftə Tehranda Qaz İxrac Edən Ölkələrin Forumuna qatılan dövlət başçılarının, xüsusilə Putinin İranın dini lideri Seyid Əli Xameneyiyə heyran olduğunu söyləyib.

Müəllif | Apa.Tv
Apa.tv