Türkiyədə siyasi qətl: Diyarbəkir Vəkillər Kollegiyasının sədri öldürüldü

Türkiyədə Vəkillər Kollegiyasının sədri öldürülüb. APA TV-nin İHA-ya istinadən xəbərinə görə, hadisə Diyarbəkirin Sur qəsəbəsində, Balıqçılarbaşı bölgəsində yerləşən 4 ayaqlı minarənin qarşısında baş verib.

 

Diyarbəkir Vəkillər Kollegiyasının sədri Tahir Elçi bir qrup vəkillə birlikdə açıqlama verərkən atışma başlayıb. İnsident zamanı Tahir Elçi ilə birgə 1 polis də həyatını itirib, 3 polis isə yaralanıb.

Müəllif | Apa.Tv
Apa.tv