Qubada molla arvadını bıçaqlayıb, intihar etdi
Bu gün Quba rayonunda intihar hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, rayonun İqrıq kənd sakini, 1979-cu il təvəllüdlü Neman Asif oğlu İbrahimov sentyabr ayında ayrıldığı həyat yoldaşı Aygün Pənah qızı İbrahimova ilə barışmaq üçün qaynatasıgilə gəlib.
Həyat yoldaşı onunla barışmaqdan imtina edib. Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə zəminində Neman İbrahimov həyat yoldaşını bıçaqlayıb. Daha sonra kənd qəbiristanlığına gedən molla orda intihar edib. Aygün İbrahimova isə Quba Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İntihar edən şəxsin atası Asif İbrahimov: "Söhbət çıxıb. Ondan sonra da boşandılar. Pis ad çıxmışdı guya qonşu ilə. Ona görə də ayrıldılar. Abır-həya ilə. Dedi xasiyyətimiz düz gəlmir. Bilmirəm nə söhbət olub. Səhər durub gedib işinin dalınca. Sonra xəbərim yoxdur. Uşağımı gözləyirəm".
Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.