Bakı-Sumqayıt yolunda ağır qəza: yaralananlar var

Ötən gün Bakı-Sumqayıt yolunda ağır qəza olub. APA TV-nin məlumatına görə, hadisə magistral yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.

 

Qəza zamanı yolda sürətlə hərəkət edən "Ford" markalı yük mikroavtobusu beton arakəsməyə çırpılıb. Hadisə nəticəsində ölən olmasa da, iki nəfər yaralanıb. Onlardan biri İsgəndər Əliyevdir. Digərinin kimliyi isə hələlik müəyyənləşdirilməyib. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralılar Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Hadisə yerinə gələn yol polisi əməkdaşları araşdırmalara başlayıblar. Qəzanın əsl səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

 

Müəllif | Apa.Tv