Çində qəribə olay: 3 maşın havaya qalxdı - KAMERA GÖRÜNTÜSÜ
Çində qəribə olay baş verib. APA TV-nin məlumatına görə, yolla hərəkət edən 3 maşın birdən-birə havalanıb. Heç kim bunun səbəbini öyrənə bilməyib.
Görüntülərdə yol kəsişməsində tıxacın olduğunu görülür. Bir mikroavtobus sürətlə yol ayrıcına yaxınlaşır. Yanındakı maşını keçmək istəyərkən anidən havalanır. Daha sonra digər iki maşın havalanır və hər üç maşın bir neçə saniyə havada asılı qalaraq bir-birinə çırpıldıqdan sonra yerə düşürlər.
Görüntülər izləyənlər arasında mübahisə yaradıb. Bir qrup bunun montaj olduğunu iddia edib. Bəziləri isə yolun altından polad elektrik kabellərinin keçməsinin buna səbəb olduğunu bildiriblər.