ATƏT-in uzunmüddətli müşahidə missiyası Gəncədə olub

ATƏT-in uzunmüddətli müşahidə missiyasının nümayəndələri Gəncədə olublar. Missiyanın rəhbəri Tane de Zulueta və müşahidəçilər Gəncədə görüşlər keçiriblər. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, qonaqlar Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər. Tane de Zulueta bildirib ki, onlar Azərbaycan hökuməti tərəfindən dəvət edilib və avqustun 28-də gələrək oktyabrın 9-a kimi ölkədə qalıb seçki prosesini izləyəcəklər. ATƏT-n uzunmüddətli müşahidəçiləri 15 komandada respublikanın 14 müxtəlif bölgəsində yerləşdirilib. Seçkiləri izləmək üçün Azərbaycana ATƏT-in qısamüddətli müşahidə missiyasının tərkibində 200 müşahidəçi gələcək

.
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqlara bildirib ki, Azərbaycan demokratik ölkədir və burada seçkilər şəffaf və ədalətli keçir. E.Vəliyev qeyd edib ki Gəncədə seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb.

 

ATƏT-in nümayəndələri daha sonra siyasi partiyaların Gəncə şəhər təşkilatlarının nümayəndələri ilə görüşüblər.
 

Müəllif | Apa.Tv
Azər Məmmədli