Bakıda 8-ci mərtəbədə yatıb qalmış uşaq xilas edilib

Xətai rayonu, Koroğlu Rəhimov 4, mənzil 33 ünvanında yaşayan Nicat Umudov yuxuya getdiyindən evə gələn valideynlərinin qapını döyməsini eşitməyib. 13 yaşlı oğlanın anası dərhal 112 xidmətinə məlumat verib. APA TV-nin məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri, təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib. Xilasedicilər 9-cu mərtəbənin eyvanından 8-cı mərtəbədəki mənzilə eniblər. Onlar xüsusi alətlər vasitəsi mənzilin qapısını açmağa müvəffəq olublar. Nicat Umudov yuxudan oyadılaraq valideynlərinə təhvil verilib. Hadisə yerinə çağrılan təcili yardım briqadası xilas edilən Nicat Umudova ilkin tibbi yardım göstərib.
 

Müəllif | Apa.Tv