Maşın oğrusu: "Kolonka"ları sökmək istəyəndə polislər tutdu..."

Abşeron rayonunda maşın oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb. APA TV-nin xəbərinə görə, polisə vətəndaşa məxsus avtomobilin oğurlanması barədə məlumat daxil olub.

 

APA TV-nin xəbərinə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.

 

Məlum olub ki, 20 yaşlı Cəlil Quliyevin Masazır qəsəbəsində yaşadığı məhəllədə gördüyü "VAZ-21015" markalı avtomobilə gözü düşüb. Avtomobili oğurlamaq qərarına gələn Cəlil Quliyev gecə saatlarında məhəlləyə çıxıb: "Maşının başına iki-üç dəfə fırlandım, gördüm heç kim yoxdur. Şüşəsini daşla qırdım, oturdum, gördüm siqnalizasiyası işləmir. Akkumulyatoru ayırmışdılar. Akkumulyatoru taxdım, maşın işə düşdü. Siqnalizasiya işlədi. Kəsdim siqnalizasiyanın "şnur"unu, səsi kəsdi. Sonra arxa yolla Masazırdan çıxdım".

 

İstəyinə çatan Cəlil Quliyev avtomobili Nərimanov rayonu ərazisində saxlayıb: "Açdım nömrələri, sonra maşındakı kameraları atdım zibil qabına. Sonra bir məhəllədə saxladım, gəldim Masazıra evə. Səhər durdum getdim, "kolonka"larını sökmək istəyəndə tutdu polislər".

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Onun digər cinayət əməllərində əlinin olub-olmadığı araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv