Bakıda 470 milyon dollarlıq gəmiqayırma zavodu!

Azərbaycanda yeni istifadəyə verilən Bakı Gəmiqayırma Zavodu ölkəmiz üçün 470 mln. dollara başa gəlib. Bu barədə Neftçilər Günü münasibəti ilə keçirilən mərasimdə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.


Onun sözlərinə görə, bu vəsaitin 65 faizi ARDNŞ-in, 25 faizi İqtisadi İnkişaf Nazirliyinin, 10 faizi isə Sinqapurun “TPL” şirkətinin payına düşür.
ARDNŞ prezidenti bildirib ki, Gəmiqayırma Zavodunun səhmlərinin 90 faizi Azərbaycana məxsusdur.

 

Rövnəq Abdullayev qeyd edib ki, Azərbaycan neft hasilatı həcminin eniş dövrünü geridə qoyub. O vurğulayıb ki, ARDNŞ-in öz yataqlarında və xarici şirkətlərlə birgə işlənən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda azalma tempi tam aradan qaldırılıb.

 

R. Abdullayevin sözlərinə görə, hazırda neft göstəriciləri hasilatın azalmasının dayandırıldığını təsdiq edir.

 

Müəllif | Apa.Tv