Nardaranda təhlükəsizlik tədbirləri gücləndirildi

Bu gün səhər saat 5 radələrindən etibarən hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.

 

APA-nın məlumatına görə, Sabunçu körpüsündən Zabrat-Maştağa-Nardaran istiqamətində avtomobillərin hərəkəti birtərəfli dayandırılıb.

 

Nardaran ətrafına xüsusi texnika cəlb olunub.

 

Hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı əlavə məlumat yayacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv