Azərbaycanda avro 8 aylıq minimumu yenilədi - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dolları ötən günə nisbətən manat qarşısında bahalaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0513 manat olaraq müəyyənləşdirib.

 

Avronun kursunda ötən günə nisbətən ucuzlaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,1117 manatdır. Bu, cari ilin aprelin 14-dən etibarən avronun məzənnəsi üçün ən aşağı göstəricidir. Aprelin 14-də avronun manata qarşı rəsmi məzənnəsi 1,1106 manat olub. Beləliklə, avro 8 aylıq minimumu yeniləyib.

 

Rusiya rublu isə bahalaşıb. Hazırda 1000 rublun rəsmi kursu 15 manat 90 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.

Müəllif | Apa.Tv
Apa.tv