"Azercell”in prezidenti vəzifəsinə ilk dəfə azərbaycanlı təyin edilib
"Azercell Telekom" MMC-nin prezidenti vəzifəsinə təyinat olub.
"APA-Economics"ə "Azercell Telekom"dan bildirilib ki, şirkətin yeni rəhbəri Vahid Mürsəliyevdir.
Vahid Mürsəliyev şirkətin Hüquq və idarə işləri departamentinin direktoru vəzifəsi ilə bərabər, cari ilin yanvar ayından şirkətin prezidenti vəzifələrinin icraçısı kimi fəaliyyət göstərib.
"Azercell Telekom"un tarixində ilk dəfə olaraq, azərbaycanlının prezident vəzifəsinə gətirilib.
Vahid Mürsəliyev "Azercell Telekom" MMC-də 2005-ci ildən çalışır.