Quran kursunda faciə: 6 uşaq diri-diri yandı

Diyarbəkirin Kulp qəsəbəsində Quran kursu binasında yanğın baş verib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, yanğın nəticəsində 6 uşaq ölüb, 3-ü isə yaralanıb.

 

Əraziyə dərhal yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının elektrik qısaqapanması nəticəsində baş verdiyi bildirilir. Hazırda polis hadisənin səbəblərini araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv