Obama: "Putinə də dedim, Türkiyə haqlıdır"

Parisdə BMT-nin iqlim dəyişikliyinə həsr olunan zirvə toplantısında iştirak edən ABŞ və Türkiyə prezidentləri arasında görüş keçirilib.

 

APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, Barak Obama və Rəcəb Tayyib Ərdoğan arasındakı görüş 1 saat davam edib.

 

B.Obama Rusiya hərbi təyyarəsinin vurulmasından sonra yaranmış durumu və Rusiya ilə Türkiyənin bundan sonra necə əməkdaşlıq edə biləcəklərini müzakirə etdiklərini bildirib: “Türkiyənin özünümüdafiə hüququnu dəstəkləyirik. Putinə də dedim, Türkiyə haqlıdır. Gərginliyi azaltmaq lazımdır”.

 

B.Obama qeyd edib ki, hamının ortaq düşməni İŞİD-dir və diqqət bu təhlükəyə qarşı mübarizəyə yönəlməlidir.

 

R.T.Ərdoğan isə Suriyadakı Bayırbucak bölgəsində İŞİD-in olmadığını, bu ərazinin bombardman edilməsindən üzüntü duyduqlarını söyləyib: “Rusiya ilə gərginliyi azaltmaq istəyirik. Niyyətimiz bölgə sülhünə töhfə verməkdir”.

Müəllif | Apa.Tv
Apa.tv