Milli Məclisin üzvlərinə deputat vəsiqələri paylandı

Bu gün V çağırış Milli Məclisin ilk plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, iclasda Milli Məclisin İntizam komissiyası təşkil ediləcək, Hesablayıcı komissiyanın tərkibində dəyişiklik edilib.

 

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, bütün beynəlxalq qurumlar Azərbaycanda keçirilən parlament seçkilərini azad və ədalətli seçkilər kimi qiymətləndirib. O, deputat vəsiqələrinin bu gün paylanacağını bildirib və bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova söz verib.

 

M.Pənahov azad və ədalətli seçkilərin keçirilməsi üçün ilk şərtin siyasi stabillik olduğunu söyləyib. MSK sədri Milli Məclisdə çoxlu sayda partiyaların üzvlərinin təmsil olunduğuna diqqət çəkib və bütün deputatları təbrik edib.

 

Daha sonra deputatlara vəsiqələri paylanıb.

 

Milli Məclisin ilk plenar iclasında komitə sədrlərinin müavinləri və komitələrin üzvləri seçilib.

 

Daha sonra Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb. Parlamentin növbəti iclası dekabrın 4-də keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv