Ucar sakininin qəribə ixtiraları

Ucar sakininin ixtiraları görənləri təəccübləndirir. APA TV-nın yerli bürosunun xəbərinə görə, rayonun Qazyan kənd sakini, 60 yaşlı İnqilab Bağırov 10-a yaxın ixtira edib.

 

İxtiraçı özünə məxsus "VAZ" markalı minik maşınına bir necə detal əlavə etməklə qaynaq edir, hava vurur, 2 tona kimi yük qaldırır, yüksək təzyiqlə su vurur və qazıntı işləri aparır. Bundan əlavə, xüsusi pərlərin vasitəsilə evdə istifadə etmək üçün elektrik enerjisi alır, digər minik maşınının mühərrikinə detallar əlavə etməklə, yanacaq kimi məişətdə işlənən qazdan istifadə etməklə ucuz və keyfiyyətli rəngləmə işləri aparır və dən üyüdür.

 

İnqilab Bağırov 17 yaşından bu işə marağı olduğunu və etdiyi ixtiralarla kənd sakinlərinə də böyük köməklik etdiyini deyir. Belə ki, ixtiralardan səyyar şəkildə istifadə etmək də mümkündür. Kənd sakinləri çöl əkin sahələrində yararsız hala düşən kənd təsərrüfatı texnikalarının işlək vəziyyətə gətirilməsi üçün adətən ona müraciət edirlər.

 

Müəllif | Apa.Tv
Zahid Abışov