Nardaranda radikal dini simvollar, şüarlar və barrikadalar yığışdırıldı

Bu gün  Daxili İşlər Nazirliyi (DİN),Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyat keçirib.

 

APA-nın məlumatına görə, Nardarana giriş-çıxış, həmçinin qəsəbənin içi polis tərəfindən tam nəzarətə götürülüb. Əraziyə Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları cəlb edilib.

 

Qəsəbəyə daxili işlər nazirinin müavini Vilayət Eyvazov da gəlib. Polis noyabrın 26-da baş vermiş insidentin digər iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində axtarışlar aparıb, saxlanılanlar var. Məlumata görə, qəsəbədəki bir neçə evdən silah-sursat aşkarlanaraq götürülüb.

 

Bununla yanaşı, qəsəbənin küçə və meydanları radikal dini simvollardan təmizlənib. Mərkəzi küçələrdəki şüarlar, digər  elementlər yığışdırılıb, barrikadalar təmizlənib.

Müəllif | Apa.Tv
Apa.tv