Göyçayda avtomobil ağaca çırpıldı: sürücü ağır xəsarət aldı
Göyçay rayonunda avtomobil yoldan çıxaraq aşıb, ağır xəsarət alan var.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən axşam Göyçay-Ucar avtomobil yolunun 9-cu kilometrliyində, Çərəkə kəndi ərazisində qeydə alınıb.
1996-cı il təvəllüdlü Ucar sakini Karaman Həsən oğlu Abuzarov “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü ağır bədən xəsarətləri alaraq, Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.