Bakıda 40 yaşlı kişini ölümcül döydülər
Ötən gecə Yasamalda 40 yaşlı kişi iki nəfər tərəfindən ölümcül döyülüb. APA TV-nin məlumatına görə, Akim Abbasov küçəsində 40 yaşlı Zöhrab Abduləhəd oğlu Abıyevlə iki nəfər şəxs arasında mübahisə düşüb.
Mübahisə zamanı həmin şəxslər Zöhrab Abıyevə çoxsaylı bədən xəsarətləri yetiriblər. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Hadisə barədə Yasamal Rayon Polis İdarəsinə məlumat verilib. Polislə söhbət zamanı Zöhrab Abıyev onu döyən şəxslərin adlarını bilməsə də, üzdən tanıdığını deyib. Faktla əlaqədar araşdırmalara başlanılıb.