Dollar ucuzlaşdı, avro bahalaşdı - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dolları ötən günə nisbətən manat qarşısında ucuzlaşıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,0511 manat olaraq müəyyənləşdirib.

 

Avronun kursunda ötən günə nisbətən bahalaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,1156 manatdır.

 

Rusiya rublu isə ucuzlaşıb. Hazırda 1000 rublun rəsmi kursu 15 manat 80 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.

Müəllif | Apa.Tv
Apa.tv