Bakının iki mərkəzi küçəsi bağlandı

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək "Formula 1" yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir.

 

APA TV-yə daxil olan məlumatda bildirilir ki, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

 

Ötən gecədən etibarən paytaxtın Xaqani küçəsinin Rəşid Behbudov keçəsi ilə kəsişməsində asfalt örtüyünün təmirinə bağlanıb. Təmir işlərinin bu gün yekunlaşması nəzərdə tutulub. Paytaxt sakinlərinin hərəkətinə yaranan məhdudiyyəti azaltmaq üçün təmir işləri mərhələli şəkildə aparılır. Belə ki, Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi də bu gün, eynilə bir gün müddətinə bağlı qalacaq.

 

Qeyd edək ki, yarışdan öncə salınacaq və "Formula 1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

 

Xatırladaq ki, Bakı yarışı iyunun 19-da qəbul edəcək. Ən maraqlısı isə odur ki, həmin gün Avropada daha bir nəhəng avtomobil yarışının finişi gözlənilir - 24 saatlıq Le Man yarışının finişi ilə Avropa Qran-Prisinin finişi üst-üstə düşməsin deyə, Bakıda yarışın startı xeyli irəli çəkiləcək.

 

Müəllif | Apa.Tv