"ASAN Xidmət" 7 milyonuncu şəxsə şəxsiyyət vəsiqəsi verdi

Azərbaycanda “ASAN Xidmət” mərkəzlərindən yararlanan 7 milyonuncu şəxs şəxsiyyət vəsiqəsini Sabirabad "ASAN Xidmət" mərkəzindən alıb.

 

“ASAN Xidmət” mərkəzindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, Sabirabad “ASAN Xidmət” mərkəzində 6 yaşlı Sabirabad rayon sakini Gülüşov Yusif Rövşən oğlu “ASAN Xidmət” mərkəzlərindən yararlanan 7 milyonuncu  vətəndaş olaraq qeydə alınıb. Bu münasibətlə Yusif  Gülüşova “ASAN Xidmət”in sertifikatı və hədiyyələr təqdim edilib.

 

Yusif valideynləri ilə birlikdə Sabirabad "ASAN Xidmət" mərkəzinə şəxsiyyət vəsiqəsinin  alınması ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

 

Qeyd edək ki, hazırda beşi paytaxtda və dördü regionlarda olmaqla 9 “ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir. Bundan başqa, səyyar “ASAN Xidmət”in xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərir.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı