İstanbulda növbəti terror: metro yaxınlığında partlayış törədildi - KAMERA GÖRÜNTÜLƏRİ

İstanbulda metro stansiyası yaxınlığında partlayış baş verib. APA TV-nin məlumatına görə, partlayış metronun Bayrampaşa stansiyasının 100 metrliyində, yol kənarında qeydə alınıb.

 

Partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisə yerinə polis qüvvələri cəlb olunub. Araşdırmalar nəticəsində məlum olub ki, kustar üsulla hazırlanan  bomba təsirli olub.

 

Partlayışdan sonra qatarda olan sərnişinlər evakuasiya ediliblər. Daha sonra metronun qrafiki dəyişib. İstanbul metrosu təxminən 1 saat təktərəfli xətt üzrə hərəkət etməyə başlayıb.

 

Partlayışda yaralanan şəxsin kimliyi də məlum olub. Bu, 36 yaşlı Adnan Yalçındır. Xəstəxanaya qaldırılan A.Yalçının vəziyyətinin yaxşı olduğu bildirilib.

 

İstanbulun polis rəisi hadisəni terror adlandırıb və ərazidə genişmiqyaslı əməliyyatın keçirildiyini vurğulayıb.

 

Müəllif | Apa.Tv