Bəşər Əsəd: "Türkiyə hazırda Rusiya qarşısında heç nə edə bilmir"
"Suriyadakı terrorçulara silah-sursat Qətər və Səudiyyə Ərəbistanının dəstəyi ilə Türkiyə ərazisindən göndərilir".
APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, Suriya prezidenti Bəşər Əsəd bunu Çexiya televiziyasına müsahibəsində deyib. Bəşər Əsəd Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasına da münasibət bildirib.
"Rusiya təyyarəsi ətrafında yaşanan insident Ərdoğanın əsl məqsədlərini ortaya qoydu. O, Rusiyanın regionda qüvvələr nisbətini dəyişməsi ilə barışa bilmir. Bu, həm Ərdoğanın, həm də onun terrorçu qruplarının uğursuzluğu və məğlubiyyətidir. Amma mən nəyinsə dəyişəcəyinə inanmıram. Rusiyanın terrorizmlə mübarizəsi daha da şiddətlənir və Türkiyə bu durum qarşısında artıq heç nə edə bilmir", - Bəşər Əsəd belə deyib.