Zaqatalada 26 yaşlı oğlanın əllərini kəsən daha iki nəfər tutuldu

Zaqatalada 1350 manat borca görə 26 yaşlı oğlanın əllərini balta ilə kəsən şəxslərdən daha ikisi tutulub.

 

APA TV-nin xəbərinə görə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Vüsal Bəşirova balta ilə xəsarət yetirmiş qrupun digər üzvləri - Zaqatala sakinləri Rəşad Tahirov və Akif Mustafayev saxlanılıb.

 

Beləliklə, tutulanların sayı üçə çatıb.

 

Qeyd edək ki, noyabrın 28-də rayon sakinləri Rəşad Tahirov və Araz Musayevin qabaqcadan əldə olunmuş razılığa əsasən həmyerliləri Vüsal Bəşirovla görüşüb kirayədə yaşadıqları evə çağırıblar. Orada Araz Musayevi borcu olduğu üçün döyüb əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq, həmin ünvana çağırdıqları minik avtomobili ilə şəhərin “Asma körpü” deyilən əraziyə aparıblar. Bundan sonra R.Tahirov V.Bəşirovun ayaqlarını tutub, A.Musayev isə özü ilə gətirdiyi balta ilə Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsərək hadisə yerindən qaçıblar.

 

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, ilk olaraq A.Musayev şübhəli şəxs qismində tutulub.

Müəllif | Apa.Tv
Apa.tv