ABŞ İranı İsrailin hücumundan necə qoruyacaq? - TƏHLİL
ABŞ və İran prezidentlərinin məktub mübadiləsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasının göstəricisidir. Barak Obamanın məktubu daha maraqlıdır. ABŞ prezidenti iranlı həmkarını seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib, İranın nüvə texnologiyasına malik olma haqqını tanımağa hazır olduğunu bildirib, Suriyada vəziyyətin stabilləşməsi üçün İranın potensialından istifadə etmək istədiyini vurğulayıb, İsraili İrana hərbi zərbələr endirmək fikrindən daşındırmağa söz verib.
Bunlar bölgədə münasibətlərin xarakterini və siyasi balansı kökündən dəyişə biləcək addımlardır. ABŞ-ın bunun müqabilində İrandan gözləntiləri var. Həsən Ruhani sözdən işə keçməli, nüvə proqramının sülh xarakteri daşıdığını isbatlamalı, Suriya probleminin həllində Vaşinqtona kömək etməlidir. Həm də ən qısa müddət ərzində. Ağ Evin sözçüsü Cey Karni diplomatiya üçün pəncərələrin heç də həmişə açıq olmayacağını vurğulayıb. Bu, Vaşinqton tərəfinin mövqeyidir.
Bəs İranın münasibətləri normallaşdırmağa münasibəti necədir? Bu münasibət Həsən Ruhaninin “Vaşinqton Post” qəzetində dərc olunan məqaləsində öz əksini tapıb. İranın mövqeyində də ilklər var. Həsən Ruhani bildirir ki, İranda Qərblə münasibətləri yaxşılaşdırmağa çalışan bir şəxsin prezident seçilməsi bir şansdır və ABŞ bu şansdan istifadə etməlidir. Bundan başqa o ölkəsinin Suriyada Əsədlə müxaliflər arasında dialoqun təşkilinə boyun olub və bildirib ki, əgər İrana müəyyən beynəlxalq təminatlar verilsə, Tehran bu dialoqu təşkil edə bilər. Ən əsası isə Həsən Ruhaninin timsalında İran ilk dəfə Suriyada kimyəvi silah tətbiqini etiraf edib. Ruhani silahın kim tərəfindən istifadə olunduğunu deməsə də, bu faktı pisləyib.
Amerikaya “hə” cavabı verən İranın da şərti var – Vaşinqton bölgəyə münasibətini kökündən dəyişməlidir. Həsən Ruhani ABŞ-ın Əfqanıstan, İraq və Suriya siyasətinin gözlənilən effekti vermədiyini bildirib və qeyd edib ki, heç kimin maraqları ilə hesablaşmamaq, yalnız öz maraqlarının təmin olunmasını güdmək, güc tətbiqi və zorakılığı stimullaşdıran addımlar atmaq terrorçuluq və ekstremizm kimi problemləri həll etməyə qadir deyil. Bu İranın ABŞ-la açıq-aşkar sövdələşməyə getməsidir. Sən bölgəyə yönəlik siyasətindən çəkil, mən də dəstəklədiyim terrorçu və ekstremist fəaliyyətdən imtina edim.
Tərəflərin şərtləri məlumdur və “məktub diplomatiyası” ilə başlayan proses ABŞ və İran prezidentlərinin görüşü ilə irəli gedə bilər. Nyu-Yorkda belə bir görüşün baş tuta biləcəyi ehtimal edilsə də, Ağ Ev əvvəlcə bunun mümkün olmadığını söyləyib. Daha sonra verilən rəsmi açıqlamada İran və ABŞ təmsilçilərinin “böyük altılığın” görüşü çərçivəsində görüşə biləcəyi bildirilib. Son açıqlamada isə ABŞ tərəfinin belə bir görüşə etiraz etmədiyi, Barak Obamanın planlaşdırılmasa belə İran prezidenti ilə görüşə biləcəyi vurğulanıb. Bu üç ziddiyyətli açıqlama cəmi 24 saat ərzində verilib.
Bəli, çox dinamik proseslər gedir, ən maraqlı məqam Amerika ilə İran arasında münasibətlərin normallaşmasını istəm əyən İsrail, Rusiya, Çin kimi mühüm oyunçulaın bu prosesə gözlənilən reaksiyasıdır. Bir məsələ şəksizdir, qarşıda beynəlxalq gündəmi hələ uzun müddət məşğul edəcək hadisələr gözlənilir.