ABŞ İraq və Suriyaya xüsusi təyinatlılar göndərir

Birləşmiş Ştatlar İŞİD terror qruplaşması ilə mübarizə aparmaq üçün İraqa və Suriyaya xüsusi elit hərbi birləşmə göndərəcək.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bunu bu gün Konqresdə keçirilən dinləmələr zamanı müdafiə naziri Eşton Karter deyib.

 

Onun sözlərinə görə, xüsusi təyinatlı qüvvələrdən reydlərin keçirilməsi, girovların azad edilməsi, kəşfiyyat məlumatlarının toplanması və İŞİD liderlərinin tutulmasında istifadə olunacaq. E.Karter göndərilməsi planlaşdırılan kontingentin sayını açıqlamasa da, qeyd edib ki, say 50 nəfərdən artıq olacaq. Son günlərdə həm respublikaçılar, həm də demokratlar arasında İŞİD-ə qarşı yerüstü əməliyyatların keçirilməsi barəsində fikirlər səslənir.

 

Bu arada Amerika hökumətinin bəyanatlarına cavab olaraq İraqın baş naziri Haydar əl-Abadi deyib ki, onun ölkəsi öz ərazisində əcnəbi ölkənin quru qoşunlarının mövcudluğunu istəmir.

Müəllif | Apa.Tv
Apa.tv