İŞİD-çi binanı öz başına uçurdu
Suriyada İŞİD terrorçusu qumbaraatanla özünü partladıb.
APA TV-nin "Sözçü" qəzetinə istinadən xəbərinə görə, İdlib şəhərində tərk edilmiş bir binada terrorçu qumbaraatanla hədəfə aldığı obyekti vurmağa çalışır.
Hadisə başqa şəxs tərəfindən lentə alınıb. Yayılan videodan terrorçunun binadakı deşikdən hədəfi nişan aldığı görünür. Atış etməyə çalışan terrorçu düzgün nişan almadığı üçün silahı binanın divarına atır. Bundan sonra partlayış baş verir və bina terrorçunun başına uçur.