Kerri: "Ərdoğan Suriya sərhədinin bağlanması üçün öhdəlik götürüb"

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya sərhədinin bağlanması üçün öhdəlik götürüb". APA TV-nin "Sözçü" qəzetinə istinadən xəbərinə görə, bu fikri ABŞ-ın xarici işlər naziri Con Kerri bildirib.

 

Onun sözlərinə görə, ABŞ və Türkiyə sərhədin bağlanması üçün hava və quru qüvvələrinin necə işbirliyi edəcəyi məsələsində məsləhətləşmələr aparacaq: "Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Suriya sərhədinin qalan hissəsinin bağlanması üçün Türkiyə və digər qüvvələrdən istifadəni tamamilə dəstəkləyir".

 

Kerri Suriyada İŞİD-lə mübarizəyə yardım üçün NATO ölkələrindən təlim və arsenal dəstəyi kimi tələblər etdiklərini, Rusiyanın da Suriyada onlarla birgə əməliyyatlara qatılmasını istədiklərini vurğulayıb.

 

ABŞ-ın xarici işlər naziri qeyd edib ki, söhbət iki ölkə arasında  bağlanmamış qalan 98 kilometr uzunluğundakı sərhəd zolağından gedir. 

Müəllif | Apa.Tv
Apa.tv