Prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 2-də Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelini qəbul edib.

 

APATV-nin məlumatına görə, dövlət başçısı bu yaxınlarda Gürcüstana rəsmi səfərini və keçirdiyi görüşlər zamanı ikitərəfli əlaqələrimizi əhatə edən müxtəlif məsələlər ətrafında aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayıb.

 

Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyini bildirib. Dövlət başçısı Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelinin Azərbaycana səfərinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

 

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli də Azərbaycana səfərinin ölkələrimizin hərbi strukturları arasında əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Tinatin Xidaşeli ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv