Dövlət Departamenti: Putinin Türkiyəyə qarşı iddiaları əsassızdır
ABŞ Türkiyənin İŞİD-lə neft alveri etdiyini təkzib edib. APA TV-nin "RBK"ya istinadən bu barədə Dövlət Departamentindən bildirilib.
Qurumun nümayəndəsi Mark Toner bildirib ki, onların əlində bunu sübut edəcək fakt yoxdur. "Rusiya prezidentinin bu iddiaları əsassızdır", deyə o bildirib.
Xatırladaq ki, Rusiyanın Müdafiə Nazirliyi Türkiyənin İŞİD-lə neft alverinin şəxsən prezident Ərdoğanın marağında olduğunu bildirib və bunu görüntələyən kadrları mediaya ötürüb. Keçirilən mətbuat konfransında həmin kadrların peyk vasitəsilə çəkildiyi iddia edilib. Həmin kadrlarda Suriya-Türkiyə sərhədində yanacaq daşıyan maşınların hərəkət etdiyi görüntülənir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirib. O, İŞİD-lə neft alış-verişi etmədiklərini və buna heç bir səbəb də görmədiklərini açıqlayıb. Ərdoğan növbəti dəfə vurğulayıb ki, əgər Putin iddialarını sübut edərsə, istefaya gedəcək.