İpək Yolunun tikintisi niyə yubanır?
Böyük İpək Yolunun Masallı-Lənkəran rayonlarından keçən hissəsində təmir-tikinti işləri bir aya yaxındır yubanır. Yol tikintisində təmirçi, operator, sürücü, fəhlə ştatları daxil olmaqla 60-a yaxın işçı çalışır. Mayın 23-dən iyulun 15-ə kimi onlar yolun Masallı – Lənkəran ərazisinin 22 kilometrlik hissəsində təmir-tikinti işləri aparıblar. Lakin həmin vaxtdan bu günədək əmək haqqı ala bilməyiblər. Yolda aparılan tikinti işləri əsasən 30-dək yük, su və yanacaq daşıyan maşın, həmçinin 10 ədəd ağır traktor və mexanizmlərin hesabına həyata keçirilib. Bu texnikalar vasitəsilə yol tikintisinin 85 faizi tamamlanıb.
Podratçı təşkilat olan “İşçi Temp” Avtoservis Firmasınının Masallı-Astara yolu üzrə rəhbəri Rəşad Nəsibovun sözlərinə görə, mövcud problemlər əsasən işin gedişi zamanı yaranır. Bəzən isə yağmurlu hava şəraiti gecikmələrə səbəb olur.
Rəşad Nəsibovun sözlərinə görə, hazırda obyektdə iş davam etdirilir və heç vaxt boşdayanmalara yol verilməyib. Bəzən də işləri tələb olunan səviyyədə qurmaq mümkün olmur. Buna isə bəzi işçilərin üzürlü səbəbdən, əmək haqqına görə işdən yayınmaları səbəb olur. Qeyd edək ki, “İşçi Temp” Avtoservis Firmasınının işçiləri iyuldakı əmək haqlarını sentyabrın son on günlüyündə ala biliblər.