Bakıda universitet müəllimi özünü asdı

Dünən Bakının Binəqədi rayonunda Azərbaycan Dövlət Texniki Universitetinin müəllimi intihar edib. APA TV-nin xəbərinə görə, bu barədə Binəqədi Rayon Polis İdarəsindən bildirilib.

 

Məlumata görə, 1954-cü il təvəllüdlü Zeynalov Elimdar Gülmalı oğlu M.Rəsulzadə qəsəbəsindəki evinin çardağında özünü asıb.

 

Hadisə yerindən mərhumun məktubu tapılıb. Həmin məktubda o bildirib ki, xəstəlik üzündən intihar edir.

 

İlkin məlumata görə, mərhum intihardan bir müddət əvvəl ürəyindən əməliyyat olunubmuş.

Müəllif | Apa.Tv
Apa.tv